15 iyn 12:50Sosial

Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib

Həbsdə olan baş redaktor apellyasiya şikayəti veribBakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 19-a təyin edilib.

Qeyd edək ki, M.Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU