14 iyn 18:34Sosial

Şair Murad Köhnəqala azadlığa çıxdı

Şair Murad Köhnəqala azadlığa çıxdıŞair Murad Köhnəqala həbsdən buraxılıb.

Bu barədə APA-ya şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, dostları onun aliment borcundan 3 min manatını ödəyib. Qalan məbləğin ödənilməsi üçün ona 10 gün möhlət verilib. Ş.Göytürk həmçinin qeyd edib ki, Murad Köhnəqala qalan pulu ödəməsə onun barəsində cinayət işi başlanacaq.

Qeyd edək ki, Murad Köhnəqala ötən gün Tovuz rayon Məhkəməsinin qərarı ilə 15 günlük inzibati həbs cəzasına məhkum edilib. Şairin birinci həyat yoldaşına 12 min manat aliment borcu var.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU