13 iyn 11:46Sosial

Bərdədə atası üçün həkimləri döyən kişi tutuldu

Bərdədə atası üçün həkimləri döyən kişi tutulduBərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb. Hadisə ötən gün baş veri b. Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU