11 iyn 18:33Sosial

“İNTER-SEVER” 29 yaşını qeyd edir

“İNTER-SEVER” 29 yaşını qeyd edirBiznesin dayanıqlığı və nüfuzu onun tarixi ilə ölçülür. Yalnız zamanın sınağından uğurla çıxan şirkətlər brendə çevrilir, iş dünyasında trendlər yaradırlar. Beynəlxalq məkanda uğurla fəaliyyət göstərən, yaradıcısı və rəhbəri ünlü soydaşımız Fizuli Məmmədov olan “İNTER-SEVER” Şirkətlər Qrupu belə etibarlı şirkətlərdəndir. İyunun 13-də “İNTER-SEVER” Şirkətlər Qrupu iş dünyasında 29 ilini başa vurur. Bu, postsovet dönəminin ağır şərtləri daxilində çox ciddi bir zamandır.

“İNTER-SEVER” Şirkətlər Qrupunun yaradıldığı 1990-cı il sovet-Rusiya iqtisadiyyatı iki iqtisadi sistemin – plan və azad bazar iqtisadiyyatlarının qovşağında çətin bir dönəmdən keçirdi. Ancaq bütün gərginliklərə baxmayaraq “İNTER-SEVER” Şirkətlər Qrupunun təməlini möhkəm dayaqlar üzərində qurmaq mümkün oldu. Hətta iş dünyası üçün mənfi sürprizlərlə dolu 90-cı illər bu sağlam dayağı sarsıda bilmədi.

Bu gün “İNTER-SEVER” Şirkətlər Qrupunun törəmə müəssisələri yalnız Rusiyada deyil, eyni zamanda Avropanın bir sıra ölkələrində, o sıradan İtaliyada, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə fəaliyyətdədir. Bu yaxınlarda “İNTER-SEVER” Şirkətlər Qrupu Azərbaycan ofisini də yaratmağı planlaşdırır. Əminik ki, gələcəkdə Sizin şirkətlər qrupunuz tarixi vətəninizdə iş dünyasının genişlənməsinə, parallel olaraq iqtisadiyyatın güclənməsinə böyük töhfələr verəcək.

Son 20 ildə Moskvada inşaat sənayesinin sürətlə gəlişməsi, şirkətlər qrupunuzun bu sektorda pay sahibi olmasına imkan yaradıb. Bununla yanaşı Siz Rusiyada, Avropa ölkələrində, eləcə də postsovet məkanında ticarət və ofis məkanlarının tikintisi və yenidənqurulması sahəsində investisiya fəaliyyətini sürətlə genişləndirmisiniz.

İş dünyasındakı müsbət imiciniz şirkətlər qrupunun faəliyyət dairəsini daha da genişləndirməsinə “İNTER-SEVER” –in 2020-ci ildə öz 30 illiyini çox böyük iqtisadi uğurlarla qeyd etməsinə böyük şans yaradır. 30 illiyin astanasında 29 illiyin tamamında Sizi və Sizin şəxsinizdə bütün “İNTER-SEVER” Şirkətlər Qrupu kollektivini təbrik edirik.

Dəyərli Fizuli müəllim, Sizə can sağlığı, şəxsi işlərinizdə və biznesdə çox böyük yeniliklərə imza atmağınızı arzulayırıq. Arzu edirik ki, həm biznesdə, həm də ictimai işlərinizdə yeni zirvələr fəth edəsiniz. Həyat yolunuzda xeyir, uğur hər zaman yol yoldaşınız olsun.

“İNTER-SEVER” Şirkətlər Qrupunun kollektivinə isə dünya biznes okeanında sakit, fırtınasız yol arzulayırıq. Qoy böyük “İNTER-SEVER” Şirkətlər Qrupu kollektivi ciddi rəqabətlər meydanı olan çağdaş iş dünyasında sizin rəhbərliyinizlə böyük trendlər yaratsın, ümidlərinizi doğrultsun. Hamınıza bir daha böyük biznes uğurları, dünya iqtisadiyatına yeni-yeni töhfələr verməyinizi arzulayırıq.

Dərin hörmətlə

Rusiya Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun kollektivləri
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU