10 iyn 17:48Sosial

Uşaqlarda sosial çətinliklər yaradan amillər

Uşaqlarda sosial çətinliklər yaradan amillərXanım Niftəliyeva
Psixoloq-psixoterapevt

Bu gün yüksək texnologiyalar insanların həyatına çox cidi təsir edir. Biz bunun həm müsbət, həm ə mənfi tərəflərini görürük. Uşaqlara gəlincə, son illər uşaq və yeniyetmələrin davranışı kəskin şəkildə dəyişib. Onların davranışlarına , baxışlarına bir neçə faktor təsir edir. Bu faktorlar içərisində sosial media əsas yer tutur. Sosial media uşaqların geyiminə, danışığına, gəzməyinə, musiqi seçiminə, hətta hansı yeməyi yeməsinə də təsir edir. Uşaqlar onların həyat tərzini və davranışı dəyişən sosial mediadan smartfon və internet vasitəsi ilə istifadə edir.

Facebbok, youtube, vatsap, instaqram kimi şəbəkələr onların əsas əlaqə vasitələridir. Sosial şəbəkələrdə uşaqlar özlərini sərbəst hiss edir və hesab edir ki, heç kim onlara nəzarət edə bilməz. Ona görə də uşqalar və yeniyetmələr bəzən qeyri-etik yazılar yazır, öz dostlarını təhqir edirlər. Onların əksəriyyəti vaxtının çoxunu ailəsi ilə deyil, sosial şəbəkələrdə keçirir. Uşaqlar öz həyatlarını başqaları ilə müqayisə edir və valideynlərindən daha çox şey tələb edirlər. Əgər valideynlər onların istəklərini yerinə yetirməsə zorakılıq edir və aqressiya nümayiş etdirirlər. Bundan başqa internet resurslarında realdan çox uzaq olan bədən formaları təbliğ edilir ki, bu da uşaqların yemək rejiminin pozulmasına səbəb olur. Xüsusi ilə qızlar öz çəkilərindən narazıdır, bu da onların sağlam olmayan qidalanmaya qoşulmasına səbəb olur.

İnternetin başqa səbəbi də hisslərin bölüşülməsidir. Bəzi valideynlər sosial şəbəkələrin övladlarına mənfi təsirindən xəbərdar deyil. Hətta yeniyetmələr özləri də internetin onlar üzərində yaratdığı mənfi təsirlərdən xəbərsizdir. Onlayn təcavüz və zorakılıq uşaqları qəmgin, əsəbi, qorxaq edir, dərs oxuduqları vaxt nəzərlərini cəmləyə bilmirlər. Bütün bunlar uşaqlarda sosial çətinliklər yaradır. Onlar sosial şəbəkələr vasitəsi ilə narkotik, spirtli içkilərə meyilli ola bilərlər, eləcə də özünəqapanma halları baş verə bilər. Depressiya isə onları daha neqativ davranışa sürükləyə bilər.

Ən vacibi odur ki, internet aludəçiliyi yeniyetmələrin beyin strukturunun inkişafına, təhsildə uğursuzluğa, qeyri-sağlam qidalanma vərdişlərinə, insanlarla zəif ünsiyyət, diqqətsizlik və özünə xətər yetirən fəaliyyətlərə səbəb olur.

Sosial medianın uşaqlar üzərində müsbt təsiri də var. Sosial media vasitəsi ilə uşaqlar daha çox bilikli olur. Sosial şəbəkələr onlara müxtəlif məsələlərlə bağlı daha yaxşı perspektivlər, fikir mübadiləsi, yeni şeylərin öyrənilməsi və uşaqların biliyini artırmaq üçün effektiv platforma təmin edir.
Biz əslində, sosial şəbəkələri normal qəbul etməliyik və onlardan istifadəni qadağan etməyə yox, uşaqların formalaşmasında təsirli vasitə kimi istifadə etməyə çalışmalıyıq.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU