08 iyn 20:15Sosial

"Avropanın da Füzuli Məmmədova ehtiyacı var"

"Avropanın da Füzuli Məmmədova ehtiyacı var"Bunu Avrasiya.net-ə İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Asosasiyasının
İspaniya krallığının Junta de Castilla y León bölgə üzrə direktoru, İspaniya Azərbaycanlıları Birliyinin yaradıcısı, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsi Vahid İmanov bildirib.

V.İmanov qeyd edib ki, əvvəlki illərə nisbətən bu gün Avropada diaspora quruculuğu sahəsində irəliləyişlər var: “Fuad Muradov Diaspor Komitəsinə sədr seçildikdən sonar diaspora sahəsində bütün Avropa ölkələri üzrə fəallıq hiss olunur. Avropanın bir çöx ölkələrində koordinasiya şuralarının qurulması, yeni layihələrin həyata keçirilməsi buna misaldır”.

Diaspor rəhbəri problemlərin olduğunu da qeyd edib. Bildirib ki, əsas problem həmvətənlərimizin hər hansı bir layihənin həyata keçirilməsi üçün birlik nümayiş edə bilməmələridir: “Düşünürəm ki, bu da diaspora təşkilatlarımızın zəifliyindən irəli gəlib. Amma ümid edirəm ki, zaman-zaman bu problem də aradan qalxacaq və soydaşlarımız birlik, həmrəylik nümayiş etdirəcəklər. Çünki bu həmrəylik milli maraqlarımızın, Azərbaycan və azərbaycançılıq ideologiyasının təbliğinə hesablanıb”.
"Avropanın da Füzuli Məmmədova ehtiyacı var"
V.İmanov Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti, xeyriyyəçi Füzuli Məmmədovun da diaspora sahəsindəki birlik nümayiş etdirməsi üçün gördüyü işlərə toxunub. Bildirib ki, F.Məmmədov bu sahədə hamıya nümunə olmalıdır: “Füzuli Məmmədovla şəxsi tanışlığım olmasa da, hər zaman onun haqqında müsbət fikirlər eşitmişəm. Gördüyü işlərdən dolayı bir azərbaycanlı olaraq ona öyük simpatiyam var və adı həmişə yaxşı işlərdə hallandığından onu ürəkdən alqışlayıram”.

V.İmanov F.Məmmədovun Rusiyada diaspora təşkilatlarının bir araya gətirdiyini təqdir edib. Qeyd edib ki, gözəl və milli maraqlarımızın qorunmasıha cavab verən bir iş görüb: “Bu işi bacarmayanlar, həyata keçirməyənlər sözsüz ki, onun fəaliyyətinə ağız büzəcəklər, qara yaxmalarla məşğul olacaqlar. Onlar etiraf etməsələr də, Füzuli Məmmədovun gördüyü, həyata keçirdiyi layihələrin hər bir diaspora təşkilat sədrinə nümunə ola biləcəyini qəbul edirlər”.

Diaspor sədri onu da əlavə edib ki, Avropanın da F.Məmmədov kimi xeyriyyəçiyə ehtiyacı var. Onun təcrübəsi və bacarığından istifadə etməliyik: “Belə olarsa diaspora işində islahatlar aparılar, yeni və uğurlu layihələrə imza atmış olarıq. Başlıcası aramızda həmrəylik yaranar və ölkəmizi Avropada layiqincə təmsil edə bilərik”,

V.İmanov sonda onu ad aqeyd edib ki, F.Məmmədovun qazilərimizə mənzil hədiyyə etməsi, vətənpərvərlik nümayiş etdirməsi onu göstərir ki, Azərbaycanın bu günündə H.Z.Tağıyev, M.nağıyev kimi xeyirxah şəxsiyyətlərin davamçısı var: “Çox istərdim ki, Azərbaycanın Füzuli bəy kimi oğullarının sayı çox olsun, vətən, millət üçün layiqli, tarixdə qalacaq izlər qoysunlar”.
loading...
XƏBƏR LENTİ
SORĞU