07 iyn 19:37Sosial

Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR

Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLARSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 7-də Gənclər Mərkəzində 15 İyun “Milli Qurtuluş günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında rayon çempionatı keçirilib.

Yarış gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin gücləndirilməsi, intellektual oyunların gənclər arasında təbliğ edilməsi, gənclərin intellektual-yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyıb.
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
Çempionatda rayon tam orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət “Olimp 476”, “Deus”, “Aysberq”, “Zəfər” “Likantropiya”, “Viktoriya”, “Xəzər” və “Real” komandaları iştirak ediblər. Yarış ərzində komandalara müxtəlif mövzuları əhatə edən 24 sual təqdim olunub. 2 turun ümumi nəticəsinə görə şəhər 5 saylı tam orta məktəbin “Aysberq” komandası I yeri tutaraq rayon çempionatının qalibi olub.

Şəhər 4 saylı tam orta məktəbin “Deus” komandası II, şəhər 2 saylı tam orta məktəbin “Real” komandası isə III yeri tutub. Qalib komandalar yarış təşkilatçıları tərəfindən kubok və fəxri fərmanlarla təltif olunublar.
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
Siyəzəndə “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib - FOTOLAR
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.