27 may 13:35Sosial

Nazir polkovnikə vəzifə verdi

Nazir polkovnikə vəzifə verdiDaxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Unikal.org-a idarədən məlumat verilibb.

Z.Nəsirovun bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışdığı bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə Ramil Usubovun əmri ilə Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilmişdi.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU