25 may 16:37Sosial

Belediyye.info-nun inkişafını istəyirksə...

Belediyye.info-nun inkişafını istəyirksə... Belediyye.infonun yaşının üstünə daha bir yaş gəldi. Bu gün dörd yaşımız tamam oldu. Dörd il ərzində bacardığımız qədər çalışdıq. Bələdiyyələrin fəaliyyətiylə bağlı, sistemin uğur, nailiyyətləri və problemləri barədə bu illər ərzində səhifələrimizdə kifayət qədər məlumat və təhlillər verildi.

Bir çox qurumlarla əməkdaşlıq əlaqələri quruldu. Zəif və çətin də olsa inkişaf etdirildi.

Sözsüz ki, sosial şəbəkələrdə olan oxucularımızın sayı da günbəgün artmaqdadır. Verilən məlumat və açıqlamalar ən azı 250-300 dəfə oxunursa demək sayta maraq da artır. Ancaq bizim əsas hədəfimiz daha böyük uğurlara imza atmaq, daha böyük layihələrin icrasında iştirak etməkdir.

Bu işdə isə quru vədlər yox, bizə konkret təklif və dəstək lazımdır. Biz daim dövlətimizin bələdiyyələr üzrə starteji inkişaf xəttini əldə rəhbər tutaraq bu sisteminin inkişafı üçün bütün qüvvəmizi səfərbər etmişik, edirik və edəcəyik, ən əsası bu xidmətimizdən də zövq alırıq.

Bizim üçün əziz gündə özümüzə nəyi arzu edərdik?

Ən böyük arzumuz işğal altında olan torpaqların erməni silahlı dəstələrinin nəzarətindən azad edilərək, bu ərazilərdə bütün infrastrukturla yanaşı, bələdiyyələrin formalaşdırılmasında və fəaliyyətin təbliğində yaxında iştirak etməkdir. İnanırıq ki, Cənab Prezident İlham Əliyevin cəsarətli addımları sayəsində bu arzumuza yaxın günlərdə çatacağıq.

Bundan başqa, bu gün biz Belediyye.infonun inkişafını həqiqətən ürəkdən istəyiriksə, quru vədlərdən uzaq olmalı, real layihə və təkliflərə həm mənəvi, həm də maddi dəstək verməliyik.

P.S. Sosial şəbəkədə bizi təbrik edən bütün dostlara isə təşəkkür edirik.

Vüqar Tofiqli

Belediyye.info
loading...
XƏBƏR LENTİ
SORĞU