22 may 13:19Sosial

MKİ-nin “Meydan TV”dəki izləri… FOTOFAKT

MKİ-nin “Meydan TV”dəki izləri… FOTOFAKTSənan Nəcəfov: “Bu "şeytan TV" elə həmin o layihədi...”

“Meydan TV”-nin yarandığı dövrdən hazırkı vaxta qədər Azərbaycan əleyhinə fəaliyyət göstərən müxtəlif mərkəzlərlə əməkdaşlıq etməsi faktları kifayət qədərdir və bu barədə ölkə mediasında çoxsaylı şərhlər, yazı və məqalələr dərc olunub. Xüsusilə, dövlət maraqlarımıza qarşı tətbiq edilən sifarişlər əsasında layihələr həyata keçirib, qrantlar əldə edən “Meydan TV”nin erməni lobbisi ilə yanaşı, hətta Qərb ölkələrinin xüsusi kəşfiyyat orqanları ilə də sıx əməkdaşlıqlarının olması faktdır. Əbəs deyil ki, ölkəmizdə prezident və parlament seçkiləri ərəfəsində, seçkilərdən sonrakı dövrlərdə, habelə mühüm beynəlxalq tədbirlər zamanı “Meydan TV” özəl canfəşanlıqlar göstərərək, nökəri olduğu mərkəzlər qarşısında nə qədər sədaqətli olduğunu anti-Azərbaycan xarakterli məqalələri ilə sübuta yetirməyə çalışıb. O da əbəs deyil ki, vaxtilə bu qurum öz saytında işğal altındakı ərazilərimizi “DQR”in xəritəsi kimi göstərib, üstəlik, qondarma erməni soyqırımının tanınması istiqamətində erməni lobbisinin ilinə yarayıb.

Bu arada, tanınmış jurnalist, qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov ilginc araşdırması ilə kifayət qədər maraqlı detalı üzə şıxarıb və “Meydan TV”nin ifşa olunmasında danılmaz sübutu ictimailəşdirib.

31 yaşlı ABŞ vətəndaşı Kerolay Satklif Leliani - Bu xanım kimdir?

SİA xəbər verir ki, Facebook səhifəsində maraqlı nüasnlara toxunan jurnalist yazır. SİTAT: “Tblisidə fəaliyyət göstərən “Chai Khana” layihəsini xatırlayırsınız? Fotoda gördüyünüz bu xanım həmin o layihənin rəhbəri olub. Bu xanım kimdir? Ooo...

"şeytan TV"-nin ideya ilhamçılarından və siyasi təlimçilərindən biri isə 31 yaşlı ABŞ vətəndaşı Kerolay Satklif Leliani. Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlılığı var.
Bəs Azərbaycanla xəyali bağlılığı olan media-layihədə MKİ agentinin nə işi var?

Bakıda ilk dəfə o, ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən Fulbrayt – Amerika tədris qrantları proqramı çərçivəsində peyda olub.
2011-ci ildə MKİ agenti artıq Beynəlxalq Qırmızı Xaçda məsləhətçidir, yarım il sonra Avropa Yenidənqurma və İnkişaf Bankında məsləhətçidir.
Daha yarım il sonra o artıq BMT-də görünür, sonradan isə hə şeyi bir kənara ataraq, yenidən siyasi araşdırmalarını davam etdirməyə girişir. Bu dəfə Haaqada. Məhz liberal dünyanın bu zümrüd şəhərində o, “Meydan TV” inqilabi layihəsinə qoşulmaq kimi taleyüklü qərar verir.

2014-cü ildə bu cür vacib beynəlxalq təşkilatların keçmiş əməkdaşı “Meydan TV”nin maliyyə meneceri kreslosuna əyləşir. Necədir sizinçün?”

“Azrbaycan naminə” ifadələri sadəcə, havaya çevrilə bilər...

Beləliklə, bu faktın qarşısından harayasa qaçmaq mümkün deyil. Bu baxımdan, əgər “Meydan TV”nin artıq sabiq rəhbəri Emin Milli radikal və dağıdıcı müxalifətdən imtina etməsi, yaxud anti-milli qüvvələrdən ayrılmasını reklam etməsi yerinə bu kimi faktların görünməyən tərəflərini də üzə çıxara bilər. Yəni özünü səmimi göstərmək düşüncəsindədirsə, daxilində həqiqətən də peşmançılıq hissləri varsa, eləcə də açılım fikirlərini nümayiş etdirmək istəyirsə, mütləq və mütləq zamanında hansı kəşfiyyat qrupları, xarici mərkəzləri ilə əməkdaşlıq etdiyini etiraf etməlidir. Əks halda, onun səmimiyyəti qeyri-ciddi təsir göstərə, “Azrbaycan naminə” ifadələri sadəcə, havaya çevrilə bilər.
MKİ-nin “Meydan TV”dəki izləri… FOTOFAKT
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU