21 may 12:03Sosial

Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadlarına dair maarifləndirmə işləri aparılır

Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadlarına dair maarifləndirmə işləri aparılırAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan Newscenter.az-a bildirilib ki, layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə əhalinin həssas qruplarının narkomaniyaya qarşı mübarizə sahəsində maariflənməsi həyata keçirilməkdədir. Layihənin iş planına uyğun olaraq tədbirlər Azərbaycan Dövlət Pedaqoji Universitetində və Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil olunub.

Hər iki tədbirdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini, ekspert Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirib. Onun fikrincə insan alveri və narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi narkomaniya ilə mübarizədə daha effektiv yolların axtarılıb tapılmasına dəstək olmaq, yeni yanaşmaların təbliğinin həyata keçirilməsindən ibarətdir.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU