20 may 11:19Sosial

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermer və sahibkarlar maarifləndiriləcək

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermer və sahibkarlar maarifləndiriləcək“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “ Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması “ layihəsinə start verib. Layihə rəhbəri Səlim Balayev əməkdaşımızla söhbətində bildirib ki, layihə bu gün dünya dövlətlərini narahat edən əsas bir məsələ-ekolji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinin təbliğində ictimai rolun artırılmasından bəhs edir.

Onun sözlərinə görə , araşdırmalar göstərir ki, kənd təsərüfatı məhsullarının yetişdirilməsi zamanı istifadə olunan müxtəlif növ sintetik gübrələr, həşəratlara qarşı istifadə edilən zərərli maddələr, sonda qəbul etdiyimiz ərzaq məhsulları ilə bərabər insan orqanizminə daxil olur. Bütün bu zərərli maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur.Son illərdə geniş yayılmız müxtəlif onkoloji xəstəliklər, sonsuzluq, uşaqların qusurla dünyaya gəlməsi qəbul etdiyimiiz ərzaq məhsullarının keyfiyyətindən birbaşa asılıdır. Odur ki, dünya dövlətləri ekoloji təmiz, insan orqanizmi üçün faydalı vitamin və minerallarla zəngin olan kənd təsərrüfatı məhsullarının istehsalını bir nömrəli vəzifə olaraq qarşıya məqsəd qoyurlar.

Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (IFOAM) məlumatına əsasən, hazırda dünyanın 172 ölkəsində 2,3 milyon fermer 43,7 milyon hektar ərazidə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaqdadır. Bu siyahıda sözsüz ki, Azərbaycan da yer alır. Ərazisində ekoloji təmiz torpaqların payına görə Azərbaycan aparıcı 10 ölkə sırasına daxildir. Əlverişli təbii iqlim qurşağında yerləşməsi, sutkanın təqribən 10 saatının günəşli olması Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş şərait yaradır. Digər tərəfdən isə bu istiqamətdə dövlətin marağı və dəstəyi də ortadadır. Belə ki, 2008-ci il 13 iyun tarixində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bunun ardınca bir sıra normativ-hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Made in Azerbaijan” brendinin dünyada tanıdılması məqsədilə ondan artıq ölkədə Azərbaycan Ticarət Evi yaradılıb. Həmin Ticarət evlərində daimi sərgilər fəaliyyət göstərir ki, burada da ölkəmizdə istehsal olunan 150 çeşiddən artıq ekoloji təmiz məhsullar sərgilənməkdədir.

Təşkilat sədri qeyd edib ki, layihə respublikanın cənub bölgəsi olan Lənkəran, Lerik və Astara rayonlarında icra olunacaq. 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində görüləcək işlərə toxunan S.Balayev qeyd edib ki, ilk mıərhələdə Lənkəran, Lerik və Astara rayonlarında olan fermerlər və kiçik sahibkarlarla fərdi söhbətlər aparılacaq,daha sonra Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə sözügedən rayonlarda dəyirmi masalar təşkil olunacaq. Eyni zamanda layihə ərzində KİV-lərlə əməkdaşlıq ediləcək və çap olunan 1000 ədəd bukletlər fermerlər arasında pulsuz paylanacaq.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU