29 apr 16:44Sosial

Ərazini zibilləyən şadlıq evi cərimələndi

Ərazini zibilləyən şadlıq evi cərimələndiXəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprel ayı paytaxtda “Təmizlik ayı” elan olunub, bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilmişdir. Araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilmişdir.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Avrasiya.net-ə bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcəkdir.
loading...
XƏBƏR LENTİ
SORĞU