29 apr 10:10Sosial

Azərbaycanlı tələbə Ege Universitetinin rektoru ilə görüşüb

Azərbaycanlı tələbə Ege Universitetinin rektoru ilə görüşübADAU-nun tələbəsi Türkiyədə Ege Universitetinin Rektoru Necdet Budak ilə görüşüb.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin tələbəsi Vəliyev Ruslan Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin rektoru Necdet Budak ilə görüşüb.

Ruslan Vəliyev ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası və tədris prosesi haqqında geniş məlumatlar verib.Universitetde Aqronomluq,Baytarlıq və Zoomühəndislik,Aqrobiznes və İdarəetmə, İqtisadiyyat, Mühəndislik və Aqrotexnologiya fakultələrinin olduğunu bildirib.

Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında söhbət açıb.

Sonda Ruslan Vəliyev Rektor Necdet Budaka ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən kitab hədiyyə edib.
XƏBƏR LENTİ
SORĞU