26 apr 15:49Sosial

Milli-mənəvi dəyərlərimizə böyük töhfə

Milli-mənəvi dəyərlərimizə böyük töhfəPrezidentimiz Cənab İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram və Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğı əlaməti olaraq, 2019-cu ili “Nəsimi İli” elan etməsi təqdirəlayiq bir addımdır. Son illər ölkəmizdə humanizim, multikultralizim prinsiplərinə söykənən ənənlər dövlət siyasətinin uğuru və Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Bütün bu uğurlu fəaliyyətlər ölkə Prezidentinin, Azərbaycan dövlətinin mədəniyyətinə, milli-mənəvi dəyərlərinə verdiyi yüksək qiymətdir.

Azərbaycanın dahi şairi, Seyid Əli Seyid oğlu İmaməddin Nəsimi 1369-cu ildə qədim diyarlarımızdan olan Şamaxı şəhərində anadan olmuşdur və o dövrün elmlərini, dinlərin tarixini, ən əsası da dəqiq elmləri mükəmməl öyrənmiş nüfuzlu şairlərdən olmuşdur. İmaməddin Nəsiminin zəngin yaradıcılığı haqqında nəyinki azəri xalqı, həmçinin dünya xalqları da geniş məlumata malikdirlər. 15-ci əsirdən etibarən bütün türk dünyası ədəbiyyatına qüvvətli təsir göstərmiş Nəsiminin əsərləri əlyazma şəkilində geniş yayılmışdır və dəfələrlə böyük nüsxələrdə çapdan çıxmışdır. Həmin əlyazmalar dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. 1973-cü ildə YUNESKO-nun qərarı ilə İmaməddin Nəsiminin anadan olmasının 600 illiyinin qeyd olunması o dövürdə Azərbaycan mədəni irsinə göstərilən diqqət və verilən yüksək qiymət idi. O zaman Azərbaycan və Moskvada təşkil olunmuş yubiley tədbirlərində dünyanın çox ölkələrindən gəlmiş nümayəndələr də iştirak etmiş və bu tədbirləri yüksək qiymətləndirmişlər. Məhz bu gün də, dahi şairin adının əbədiləşdirilməsi, dünya ədəbiyyatı inciləri sıralarında nüfuzunun daha da yüksəlməsi üçün atılan addımlar, təşkil olunan tədbirlər və ən əsası da dövlət başçısının 2019-cu ili İmaməddin Nəsimi ili elan etməsi Azərbaycan ədəbiyyatı tarixinin bütün dünyada zəfəri və uğurudur. Biz də öz növbəmizdə, bir ziyalı, elm adamı kimi Cənab Prezidentimizin dövlətin milli-mənəvi, mədəni irsinə yüksək diqqətini müsbət qiymətləndirir, Azərbaycanın bütün sahələrdəki uğurlarına ürəkdən sevinir və dövlətimizin nəyinki mədəni, həmçinin bütün sahələrdəki siyasətini tam gücümüzlə dəstəkləyirik!

Yusif Babanlı,
ADBTİA-nın İdman işləri üzrə prorektoru, professor
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU