05 apr 18:20Sosial

Azay Quliyev SƏLİS-in ilk müqaviləsini QHT sədrinə təqdim etdi

Azay Quliyev SƏLİS-in ilk müqaviləsini QHT sədrinə təqdim etdiMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə istifadəyə verilib.

Avrasiya.net xəbər verir ki, “E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.

Aprelin 5-də e-növbə proqramı çərçivəsində Şura ilə qalib QHT-lər arasında ilk qrant müqavilələri imzalanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ilk müqaviləni şəxsən QHT rəhbərinə təqdim edib.
XƏBƏR LENTİ
SORĞU