30 mar 11:16Sosial

YAP Pirallahı rayon təşkilatında 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib

YAP Pirallahı rayon təşkilatında 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilibYAP Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında 31 Mart soyqırımının ildönümünə həsr olunmuş “31 Mart-azərbaycanlıların soyqırımı xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirildi.

Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları" NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirdi ki, 1998-ci ildən bəri respublikada – 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilmişdir.

XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti tariximizin qanlı səhifələrindəndir. Bu cinayətkar siyasət iqtisadi, siyasi, maddi və mənəvi baxımdan ağır nəticələrə səbəb olmuşdur. Əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilmiş, on minlərlə azərbaycanlı öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri məhv edilmişdir. Soyqırımı və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar yaradılmışdır. Erməni əhalisi Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdur. 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri kimi Azərbaycanın tarixinə qanla yazılmışdır.

Tədbir Prezident İlham Əliyevin bu sözləri ilə yekunlaşdırılmışdır: “Ermənistanın və erməni lobbisinin təcavüzkar siyasətinə qarşı bu gün Azərbaycan dövləti, onun bütün dünyada getdikcə artan nüfuzu, siyasi çəkisi, gündən-günə yüksələn iqtisadi potensialı, xarici ölkələrdə ciddi ictimai-siyasi faktora çevrilən Azərbaycan icmaları, nəhayət qüdrətli Azərbaycan Ordusu dayanır”.
loading...
XƏBƏR LENTİ
SORĞU