29 mar 17:54Sosial

“Aprel 6-na təyin olunan mitinqə icazə verilməməlidir“

“Aprel 6-na təyin olunan mitinqə icazə verilməməlidir“ Niyaməddin Orduxanlı :”Milli Şura sahibkarların indiki vəziyyətindən istifadə etmək istəyirdi. Növbəti parlament seçkilərinə qədər ölkədə kütləvi etiraz aksiyalarına moratorium qoyulsun”

Milli Şuranın aprelin 6-da keçirtmək istədiyi mitinqə siyasi partiyalar arasında münasiəbt birmənalı deyil. Hətta bu gün cəmiyyətdə mitinqə təlabatın olmadığı qənaətində olan siyasi partiyalar da var. Bununla bağlı Avrasiya.net-ə açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Milli Şuranın aprelin 6 da nəzərdə tutduğu mitinq birbaşa "Diqlas"da baş verən yanğınla bağlıdir:” Milli Şura sahibkarların vəziyyətindən yararlanmaq istəyir. Deyilənə görə, təxminən 1000 nəfər sahibkara ziyan dəyib. Guya bunlar sahibkarların qayğısına qalmaq istəyirlər və onların yanında olacaqlarını bəyan edirlər. Əsas məqsədləri özlərinin siyasi niyyətlərini həyata keçirtməkdir. Əli Kərimli düşünür ki, fürsətdən istifadə edib, 1000 nəfərlik sahibkarı və onların ailə üzvülərini bu mitinqə cəlb edə biləcəklər. Ancaq Kərimlinin niyyəti baş tutmadı. Hadisədən dərhal sonra cənab Prezident İlham Əliyev yanğın hadisəsi ilə bağlı müşavirə keçirtdi. Dövlətin 1000 yaxın sahibkara hər cür dəstək verəcəyini bəyan etdi. Onların gələcək talehinə də biganə qalmayacağını bildirdi. Artıq bu gün Prezident həmin sahibkarlara ilk olaraq 3 milyon manatın ayrılmasına dair qərar qəbul edib. “

Niyaməddin Orduxanlının sözlərinə görə, əlbəttə, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Amma bu hüquqdan üstün bir hüquq da var. Bu, ölkənin vətəndaşlarının təhlükəsizliyinin, əmin-amanlığının qorunması, ölkəmiz xaosa sürüklənməməsidir: “ Cənab Prezident indi ciddi islahatlar aparır. Belə bir ərəfədə sabitlik pozulsa, hər şey yarımçıq qala və ölkəni çox pis günlər gözləyə bilər. Və Milli Şura adlana qurum da Prezident apardığı islahatların əleyihnədir. Onlar çox yaxşı bilir ki, İlham Əliyevin apardığı sürətli islahat cəmiyyətdə həddinən artıq müsbət qarşılanır və bu bu günü tələblərinə tam cavab verir. Onların əsas narahatçılığı budur. Ölkənin sabitliyini pozmağa cəhd edən qüvvələrə imkan vermək olmaz. Baxın Əli Kərimli mitinqdə açıq bəyan etdi ki, biz bir dəfə buna cəhd etdik, tərəfdarlarımız az idi və hökumət aksiyanı dağıtdı. İndi də sayımız azdı. Biz burada daha çox adam toplamalıyıq. Yəni Əli Kərimli açıq dedi ki, əgər mitinqdə iştirakçılar onun gözlədiyindən çox olsaydı, buna gedə bilərdi. Demədi ki, biz qarşıdurmaya getmərik, icazə alıb mitinq keçirəcəyik, tələblər qoyacağıq və onun cavabını da hökumətdən istəyəcəyik. Əvəzində dedi ki, sayımız azdır. Deməli, adam çox olsaydı, yürüş də edə bilərdi. Bu nə deməkdir? Artıq şəhərin küçələrində toqquşma deməkdir. Xauss əldə etmək deməkdir. Təbii ki, qanunla dərhal polis icazəsiz yürüşün, xaussun qarşısını almağa çalışacaqdı. Bu isə toqquşma, böyük çaxnaşma, şəhərin mərkəzində kütləvi ixtişas, vətəndaşların obyektlərinə ziyan vurulması və s deməkdir. Hökumət ehtiyatlı davranır və düz edir.”

BAXCP sədrinin müavini hesab edir ki, bu gün Azərbaycanda müxalifəti həm iqtidarın daxilindəki müəyyən qüvvələr canlandırır, həm də xaricdəki söyüş söyənlər müəyyən qüvvələr tərəfindən idarə edilir: “ Bunu açıq şəkildə görmək olur. Biz də bunu bir partiya olaraq görürük və qiymətləndiririk. İqtidardakı bəzi qüvvələr istəmirlər ki, ölkədə islahatlar getsin. Bir çox adamlar vəzifələrini itirəcəklərindən qorxurlar. 30 ildir vəzifədə qalan adamlar var. Ona görə də prezidentə təsir etməyə cəhd göstərirlər. Buna görə də, biz bir partiya olaraq düşünürük ki, növbəti parlament seçkilərinə qədər ölkədə kütləvi etiraz aksiyalarına moratorium qoyulsun. Ancaq, ümummilli məsələlərlə bağlı kütləvi tədbirlər keçirilə bilər. Qarabağla bağlı iqtidarlı-müxalifətli yürüş keçirə bilərik. Və ya Azərbaycana qarşı hansısa bir dövlətin ədalətsiz davranışı olarsa, kütləvi şəkildə aksiya təşkil oluna bilər. Yəni bu halda destruktiv qüvvələrin faydalanmasına imkan olmaz. Amma indiki qarşıdurmadan destruktiv qüvvələr faydalanır. 2013-cü il seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi. Demokratiya uğrunda vuruşan insanların çoxu bilirdi ki, o öyrədilmiş adamdır, xüsusi missiya ilə Azərbaycana gəlib. Açıq şəkildə də bildirirdilər ki, başqa bir ölkənin layihəsidir. Buna baxmayaraq onun başına toplaşdılar, müdafiə etdilər və imkan verdilər ki, Rusiya Rüstəm İbrahimbəyovdan Azərbaycana qarşı istifadə edə bilsin. Bu qüvvələr üçün heç bir fərqi yoxdur. Bunlar əsas məqsədi nəyin bahasına olur olsun ölkədə sabitliyi pozmaqdır.”
XƏBƏR LENTİ
SORĞU