27 mar 11:01Sosial

Füzuli Məmmədov liderdir - SORĞUDA

Füzuli Məmmədov liderdir - SORĞUDAİlk beşlikdə kimlərin adları var?

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətlərinin, gördükləri iş və diaspora quruculuğu sahəsində xidmətlərinin dəyəndirilməsi ilə bağlı sosial şəbəkədə sorğu keçirib.

ADİİM sədri Cavid Şahverdiyevin mətbuata verdiyi məlumatına görə, sorğu Facebbok dostları arasında aparılıb: “Əvvəlcə sorğunu rəhbərlik etdiyim Avrasiya.net saytında aparmaq istədik. Sonradan belə qərara gəldik ki, sorğunun açıq formada aparılması nəticəyə mənfi təsir göstərə bilər. Siyahıda adı olan hansısa diaspor təşkilatı sədri dost, tanış, tanıdığı, bildiyi insanlara ona səs verməsini xahiş edə və yaxud da hansısa diaspor sədrinin dostu öz yaxınlarından ona səs verməsini istəyə bilər və s. Ona görə də belə qərara gəldik ki, təşkilat adından Facebbok-dakı əksər dostlarımızın hər birinə ayrı-ayrılıqda sorğu göndərək. Fikrimizcə, bu daha effektli seçim oldu. Qənaətimcə sorğuda iştirak edənlər bir-birlərindən xəbərsiz və seçimlərində sərbəst olublar. Eyni zamanda heç bir diaspor sədrinin bu sorğunun aparılmasından məlumatı olmayıb”.

QHT sədri onu da qeyd edib ki, 7 gün müddətində (20-26 mart) ADİİM-in dostluğunda olan sosial şəbəkə istifadəsiçilərinin 550-nə sorğu göndərilib: “Dostlarımıza ayrıca faylda diaspor təşkilat sədrlərinin adları qeyd olunan siyahı göndərdik. Sorğuda iştirak edənlərin 63-ü siyahıdakı diaspor təşkilat sədrlərinin heç birini tanımadıqlarını, 18-i heç birinə səs vermədiklərini, 6-sı siyahıda olmayan diaspor sədrlərinin adlarını yazaraq fəaliyyətlərini dəyərləndirdiklərini qeyd ediblər”.

C.Şahverdiyev deyib ki, 71 nəfər isə ümumiyyətlə sorğuya cavab verməyib. Yerdə qalan 392 nəfər siyahıda olan diaspor təşkilat sədrlərinin fəaliyyətlərini qiymətləndiriblər: “Toplanan cavabların nəticəsi olaraq ilk 5-lik müəyyənləşdirilib. Ən çox səs Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədova verilib - 223 nəfər. Onlar Füzuli Məmmədovun 15-dən çox Qarabağ qazisinə mənzil hədiyyə etməsini və digər xeyriyyəçi işlərini bəyəndiklərini, diaspor quruculuğu sahəsində, onun inkişaf etməsində dünya azərbaycanlılarının həmrəyliyinə çalışdığını qeyd edib. 169 nəfərin səsi isə siyahıda olan digər diaspor təşkilat sədrləri arasında bölünüb - Azərbaycan həqiqətlərini dunya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü mühüm işlərə görə Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının sədri Cavad Derəxti 43, Misirdə Azərbaycanın tarixini, mədəniyyətini, dilini, azərbaycançılıq ideologiyası və Qarabağ həqiqətlərini ictimailəşdirdiyinə görə, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri Seymur Nəsirov 41, Niderlanda mətbuatında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığına görə Niderlandda yaradılan “Connect” təşkilatının sədri Vüqar Abbasov 35, Avropada Ermənistanın işğalçılıq siyasətini ifşa etməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın 24 səs. 20 səs digər təşkilat sədrlərinin arasında bölüşdürülüb. 6 nəfər isə siyahıdakı bütün diaspor təşkilat sədrlərinin fəaliyyətini pisləyib”.

Qeyd olunub ki, sorğu ADİİM-in təşəbbüsü ilə keçirilib və siyahıda 38 diaspor təşkilatı sədrlərinin adları qeyd olunub.
loading...
XƏBƏR LENTİ
SORĞU