18 mar 15:33Sosial

Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə mənzil hədiyyə etdi - FOTOLAR

Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə mənzil hədiyyə etdi - FOTOLAR"İnter-sever” şirkətlər qrupunun prezidenti, xeyriyyəçi iş adamı Fizuli Məmmədovun təşkilatçılığı ilə martın 17-də Bakıdakı restoranlardan birində keçirilən Novruz şənliyində daha 3 nəfər Qarabağ qazisinə yeni mənzillərin sənədləri təqdim olunub.

Avrasiya.net xəbər verir ki, Qarabağ qazilərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı Novruz şənliyində Fizuli Məmmədovla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mənzillərin açarlarını Qarabağ qazilərinə təqdim ediblər.

Qeyd edək ki, tədbirdə Fizuli Məmmədovun xeyriyyəçilik təşəbbüsü təkcə Qarabağ qazilərinə mənzil verilməsi ilə yekunlaşmayıb. Daha 15 tədbir iştirakçısına televizor və digər qiymətli hədiyyələr də təqdim olunub.

Tədbirin aparıcısı isə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı olub.

Onu da xatırladaq ki, Fizuli Məmmədov ötən ilin Novruz bayramında da 6 Qarabağ qazisinə mənzil hədiyyə edib, onların digər problemlərinin həllinə köməklilər göstərib. Füzuli Məmmədov daha öncə də 5 nəfər qazi ailəsinə ev hədiyyə edib.

Tədbir iştirakçıları xeyirxah əməlinə görə F.Məmmədovu alqışlayıb, onun digər iş adamlarına örnək olduğunu bildiriblər.
Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə mənzil hədiyyə etdi - FOTOLAR
Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə mənzil hədiyyə etdi - FOTOLAR
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU