13 mar 12:22Sosial

1300-dən çox saxta əlillik ləğv edildi - Nazirdən açıqlama

1300-dən çox saxta əlillik ləğv edildi - Nazirdən açıqlamaBugünədək ölkədə 1300-dən çox saxta əlillik ləğv edilib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir saxta əlilliyin müəyyən edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyini bildirib:

“Aşkar edilən saxta əlillik faktları nəticəsində dövlət büdcəsinə 3 milyondan çox vəsait bərpa edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxta əlilliyin verilməsində səhvə yol vermiş aidiyyəti vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb”.

S.Babayev onu da vurğulayıb ki, mart ayından əlilliyə görə pensiya təminatının elektronlaşması nəzərdə tutulub.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.