11 mar 18:54Sosial

Sosial şəbəkələrdən səmərəli istifadə necə olmalıdır?

Sosial şəbəkələrdən səmərəli istifadə necə olmalıdır? Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin təlimlərinə start verilib.

Kivnews.com xəbər verir ki, layihəni giriş sözü ilə açan layihə rəhbəri Könül Rasimqızı tədbir iştirakçılarına Gənclər Fondunun fəaliyyəti və layihə haqqında məlumat verib. Azərbaycan Gənclər Fondunun gənclərə yaratdığı geniş imkanlardan danışıb. Daha sonra təlimçi Rahil Sayadoğlu sosial şəbəkələrdən səmərəli istifadənin üsulları və etik qaydaların gözlənilməsi barədə gəncləri məlumatlandırıb. İnteraktiv keçirilən təlim, tələbələrin aktiv sual və cavabları əsasında aparılıb. Təlimdə müxtəlif təhsil ocaqlarından seçilmiş gənclər iştirak edib. Layihə çərçivəsində gənclərin eyni məqsəd üzərində birləşməsi ortaya zəngin informativ portalın çıxmasına kömək edəcək. "Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin növbəti təlimi isə 17 mart tarixində keçiriləcək.
Sosial şəbəkələrdən səmərəli istifadə necə olmalıdır?
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU