10 mar 12:35Sosial

Gültəkin Hacibəylinin yalanı: Cəmil Həsənli nə yazıb?

Gültəkin Hacibəylinin yalanı: Cəmil Həsənli nə yazıb?Gültəkin Hacıbəylinin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin çıxışı ilə bağlı səsləndirdiyi fikirlər əks-reaksiya doğurub.

Avrasiya.net xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Gültəkin Hacıbəylinin növbəti dəfə ictimaiyyətə yalan danışdığını bildirib.

“O deyib ki, guya Qüdrət bəy cərimələr hesabına deputatların əmək haqlarının artırlmasını təklif edib. Halbuki Qüdrət bəy Milli Məclisdə toplanan cərimələr hesabına ayrı-ayrı kateqoriyalardan olan işçilərin əmək haqqının artırılmasının sosial ədalət prinsipini pozduğunu bəyan edib və ləğv olunmasını tələb edib. Onun çıxışı mətbuatda dərc olunub. Qeyd edib ki, əgər bu qayda ləğv olunmursa, onda hakimiyyətin müstəqil qanadı olan Milli Məclis Aparatının əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarından daha az maaş alır, onların da maaşı eyni qaydada artırılsın. Başqa sözlə, Qüdrət bəy ümumiyyətlə bu məsələ ilə bağlı çıxışında deputatlarla bağlı deyil, MM Aparatı işçiləri ilə bağlı danışıb”, - N.Orduxanlı bildirib.

Sədr müavini deyib ki, G.Hacıbəyli deputat olanda iqtidara yarınmasına və yaltaqlığına haqq qazandırmaq üçün bu gün deyir ki, o deputat olanda da səmimi olub, indi iqtidarı yamanlayanda da səmimidir:

“Deməli ya onda yalan danışıb, ya da indi yalan danışır. Bir- birindən tam fərqli fikirlər söyləməyin səmimiyyətə nə aidiyyəti var?! İqidar həmin iqtidardır!”

N.Orduxanlı vurğulayıb ki, Azərbaycanın regionun lider dövləti olmasını Qüdrət Həsənquliyev yazmayıb:

“Azərbaycanın regionun lideri olduğunu Gültəkin Hacıbəylinin indiki lideri Cəmil Həsənli yazıb! Qüdrət bəyin çıxışlarını oxumursa, heç olmasa, liderinin yazdıqlarını oxusun!”
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU