04 mar 15:25Sosial

Ucar rayon Elektirik Şəbəkəsinin müdirindən ŞİKAYƏTLƏR

Ucar rayon Elektirik Şəbəkəsinin müdirindən ŞİKAYƏTLƏR 1200 manat dəyərində olan danamı "tok" vurdu.... Kasıbçılıqla borc edib aldığım inəyimi elektrikcərəyanı vurub öldürdü... Yerə axan elektirik cərəyanı vurması nəticəsində xəsarət aldım, bir baş qoyunum isə tələf oldu...

Bunlar Ucar rayon sakinləri tərəfindən Avrasiya.net-ə daxil olan şikayət ərizəsində qeyd edilir.

Ərizəni olduğu kimi təqdim edirik:

Bu şikayət ərizəmizdə yazıb bildirirk ki, Ucar Elektirik Şəbəkəsinin müdirinin yaratdığı laqeyidliyin, səriştəsizliyin, qanunsuzluğun nəticəsində bizə ziyanlar dəymiş, iri və xırdabuynuzlu heyvanlarımız yerə axan elektirik cəryanı vurması nəticəsində tələf olmuşdur.

Mən Ucar rayonu Bərgüşad kənd sakini Nəsiyev Azər Atəş oğlu mənim oğlum Nəsiyev Nuruş Qrabağın azadlığı uğrunda gedən aprel döyüşlərində iştirak edib, ağır xəsarət alıb əlil olub.

Belə ki, oğlum Nuruşun toyu üçün həyətimizdə min-bir zəhmətlə bəsləyib böyütdüyümüz erkək dana otlayan zaman onu həyətyanı sahəmizdə olan trasfarmatorun nasazlığından yerə axan elektirik cəryanı öldürdü. Bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, həmin trasfarmator nasaz vəziyyətdə olsa da təmir edilməyib nəticədə də elektirik cərəyanı yerə axır. Bu özbaşınalığın nəticəsində nəinki heyvanlar hətta insanlar da ölə bilər. Bu barədə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimova ərizə ilə müraciət etdim. Şahmar İbrahimov mənə kobud cavab verərək dedi ki, "get hara istəyirsən şikayət et. Hərə pul verib gedib özünə bir əlil veteran vəsiqəsi alıb gəlib burada düşür bizim canımıza".

Elektirik cəryanı vurması nəticəsində tələf olmuş dananın qiyməti 1200 manat edirdi.

- Mən Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu kasıbçılıqla borc edib aldığım inəyim 18.02.2019-cu il tarixdə qırılaraq yerə düşmüş elektirik xəttindən yerə axan elektirik cərəyanı öldürdü. Bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, mən elektirik xəttini qırılması barədə dərhal Ucar Elektirik Şəbəkəsinə zəng edib məlumat versəm də heç bir tədbir görülmədi. Az qala ki, hadisə nəticəsində elektirik enerjisi insanlarıda vurub öldürə bilərdi. Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov mənə deyir ki, mən sənə inək alıb verən deyiləm canın çıxsın inəyini qoruyardın. Mən kasıb adamam inəyim ölüb körpə balası yetim qalıb. Zülmlə əziyyətlə işləyib bir az pul qazanıb bir azda borc edib bu inəyi almışdım. Ucar Elektirik Şəbəkəsinin müdirinin səhlənkarlığı nəticəsində inəyimi elektirik enerjisi vurub öldürdü.
Ucar rayon Elektirik Şəbəkəsinin müdirindən ŞİKAYƏTLƏR
- Mən Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu yerə axan elektirik cərəyanı vurması nəticəsində özüm xəsarət aldım bir baş qoyunum isə tələf oldu. Rayon ərazisində istifadəyə yararsız elektirik dirəkləri, xəttləri insanların özlərinə və təsərrüfatlarına ciddi ziyanlar vursada qarşısın alan yoxdur. Yəqin gözləyirlər ki, elektirik cərəyanı insanları vurub məhv etsin ondan sonra tədbir görüləcək.
Ucar rayon Elektirik Şəbəkəsinin müdirindən ŞİKAYƏTLƏR
Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlar əziyət çəkirlər. Biz Ucar rayon sakinlərinə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun qanunsuzluğu nəticəsində ziyan dəyib. Ucar rayonunda çoxlu sayda qəza vəziyyətində olan elektirik dirəkləri var. Şahmar İbrahimovun başı fermer təsərrüfatına qarışıb iş yaddan çıxıb. Ucarın Şahlıq kəndində böyük fermaları ar. Onun korrupsiya əməllərinin ciddi araşdırlmasına zərurət var.
Azərbaycan Respublikasının Przidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Şahbazova müraciət edib xahiş edirik bu şikayət ərizəmizi bizim iştirakımızla yerində obyektiv araşdırb Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun barəsində ciddi tədbirlər görəsiniz. Xahiş edirik tapşırıq verin Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov bizə vurduğu ziyanları ödəsin.

Ucar rayonu Bərgüşad kənd sakini aprel döyüşləri zamanı əlil olmuş Nəsiyev Nuruş Azər oğlu
Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu
Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU