28 fev 11:07Sosial

BDU-nun 100 illiyi ilə bağlı müsabiqə elan olunub

BDU-nun 100 illiyi ilə bağlı müsabiqə elan olunub2019-cu ildə Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur.

Avrasiya.net xəbər verir ki, bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.

Loqonun eskizi [email protected] elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir.

Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcəkdir.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU