27 fev 15:13Sosial

Meriya Milli Şuraya YOX dedi

Meriya Milli Şuraya YOX dediBakı şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək müraciətinə cavab verib.

Avrasiya.net xəbər verir ki, Milli Şuranın nümayəndələri Vidadi Məhərrəmov və İlham Hüseyn BŞİH-ə dəvət edilib və onlara imtina məktubu təqdim edilib.

Mitinqə “yox” cavabı verilməsinin səbəbi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozuntuları, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub.
XƏBƏR LENTİ
SORĞU