18 fev 16:29Sosial

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor təyin olunub

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor təyin olunubKənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna Elnur Heydərov direktor təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov təyinatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.
loading...
XƏBƏR LENTİ
SORĞU