11 fev 17:32Sosial

Peyğəmbərin qılıncı millət vəkilinin əlində - Foto

Peyğəmbərin qılıncı millət vəkilinin əlində - FotoBu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib.

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Feysbuk sosial şəbəsində yaydığı və böyük maraqla qarşılanan foto barədə danışarkən deyib.

N.Orduxanlı fotoda Qüdrət Həsənquliyevin əlində tutduğu qılıncın Məhəmməd peyğəmbərə aid olduğunu bildirib.

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub və nümayəndə heyətinin tərkinidə BAXCP sədri Qüdrət Həsənquliyev də iştirak edib”, - Orduxanlı qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı BAXCP sədri Qahirədəki İmam Hüseyn məscidini də ziyarət edib.
Peyğəmbərin qılıncı millət vəkilinin əlində - Foto
loading...
XƏBƏR LENTİ
SORĞU