06 fev 15:18Sosial

AMEA-da struktur islahatları gedir - Akademik açıqladı

AMEA-da struktur islahatları gedir - Akademik açıqladıAzərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir.

Bunu Report-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.

"Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?" - sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.
XƏBƏR LENTİ
SORĞU