06 fev 09:31Sosial

Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə getdi

Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə getdiÖtən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən Trend-ə məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib:

"Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".

Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, İsmayıllıda 23:2- və 23:32 olmaqla, iki ardıcıl təkan qeydə alınıb və ikinci təkanlar daha uzunmüddətli olub.

Yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU