05 fev 10:58Sosial

Rusiyada güllələnərək öldürülən azərbaycanlı biznesmen dəfn edildi - FOTO

Rusiyada güllələnərək öldürülən azərbaycanlı biznesmen dəfn edildi - FOTO Fevralın 1-nə keçən gecə Rusiyanın Arxangelsk şəhərində güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu dəfn edilib.

Publika.az xəbər verir ki, 27 yaşlı R.Hüseynovun cənzaəsi doğulduğu rayona gətirilib və Şordəhnə kənd məzarlığında dəfn edilib.

Bildirilir ki, azərbaycanlı iş adamı çalışdığı taxta materialları mağazasının qarşısında qətlə yetirilib. Naməlum şəxs və ya şəxslər onu mağazadan kənara çağırıb və 6 dəfə atəş açaraq ərazidən uzaqlaşıblar. R.Hüseynov aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

İş adamının hansı səbəbdən və kimlər tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.