04 fev 16:48Sosial

"Şəhid ailələrinin arxasında dövlət var"

"Şəhid ailələrinin arxasında dövlət var"“Azərbaycan vətəndaşlarının sosial rifah şəraitinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindəndir. Bu istiqamətdə mümkün olan bütün addımlar atılır. Aparılan davamlı islahatlar daha effektiv nəticələrə səbəb olur. Maaş və pensiyaların mütəmadi olaraq artırılması da bu qəbildəndir. Aztəminatlı ailələri daim diqqətdə saxlanılır, qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdıırlması üçün ciddi addımlar atılır”.

Bu fikirləri “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü, Efiopiyanın Fəxri konsulu Ceyhun Ələkbərov səsləndirib.

Prezident İlham Əliyev vaxtilə müavinət almış şəhid varislərinin yenidən müavinət almasını özündə əks etdirən fərmanını yüksək qiymətləndirən Ceyhun Ələkbərov dövlət başçısının şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığını önə çəkib: “Mən özüm Xocalıdanam. Çoxsaylı şəhid ailəsi olan yaxınlarım var. Bu fərmanın onlar tərəfindən rəğbətlə qarşılanır”.

C.Ələkbərov əlavə edib ki, bu Dövlət Başçısınını şəhid ailələrinə verdiyi həm də mənəvi dəyərdir: “Prezident İlham Əliyev həmişə onlara xüsusi qayğı ilə yanaşıb və ehtiram göstərib. Bu gün cənab Prezidentin və Birnci Vitse prezident Mehriban xanım Əlyevanın şəhid ailələri ilə görüşməsi və belə bir fərman verməsi bu diqqət və qayğının təzahürüdür. Ölkə başçısının imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Bu Azərbaycanın digər ölkələrlə müqayisədə bütün sahələrdə olduğu kimi bu sahədə də nümunəvi fəaliyyətini göstərir. Bunu cəmiyyətə, xalqımıza verilən mesaj kimi dəyərləndirirəm. Cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinin arxasında dövlət var və onlar daim dövlətin dəstəyini öz üzərində hiss edirlər”.

C.Ələkbərov əlavə edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədi vətəndaşların maddi rifah halının yüksəldilməsidir: “Son illər ərzində iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Dövlətin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda bütün kateqoriyadan olan vətəndaşlar həyata keçirilən sosial siyasətin uğurlarından yaralana bilirlər. Çünki, bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz dövlət başçısı İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkədə aztəminatlı, yoxsul insan olmasın. Sevindirici haldır ki, iqtisadiyyatda həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi inkişaf, maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır”.

Onun sözlərinə görə, Azərbaycanda əmək, məşğulluq, sosial təminat və digər sahələrində aparılan islahatlar prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir: “Təsadüfi deyil ki, ölkədə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası", "İşsizlikdən sığorta haqqında", yeni "Məşğulluq haqqında" qanunlar qəbul edilib. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılması da məhz sözgedən məqsədlərə hədəflənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan "DOST" layihəsi dövlət sosial xidmətlərinin geniş bir hissəsinin "bir pəncərə"dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında, sadələşdirilmiş prosedurlarla təqdim olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğuna nail olunması hədəfinə xidmət edir...”.

C.Ələkbərov diqqətə çatdırıb ki, əhalinin aztəminatlı təbəqəsinə aid olan qaçqın və məcburi köçkünlərə də dövlət qayğısı həmişə priotitet sayılıb: “Ulu öndər Heydər Əliyev də bu sahəyə daim diqqətlə yanışırdı. Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması istiqmətində davamlı olaraq addımlar atır ki, nəticədə onlar dövlət qayğısını öz üzrələrində hiss edirlər. Məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir. Aparılan uğurlu sosial siyasət nəticəsində artıq Azərbaycanda çadır şəhərcikləri qalmayıb. Paytaxt və bölgələrdə məcburi köçkünlər üçün mənzillər inşa edilir. Onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparılır”.

C. Ələkbərov vurğulayıb ki, Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 100-dən artıq müasir qəsəbə salınıb: “Qaçqınlar və məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin qayğısını yüksək səviyyədə hiss ediblər və bu gün də belədir.
Məcburi köçkün ailələri üçün çoxsaylı fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib ki, bu da son illər ərzində rekord göstəricidir. Qeyd edilənlərlə yanaşı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Məsələn ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin də açılışı oldu. Bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib”.

C.Ələkbərov əlavə etdi ki, dekabrın 24-də isə, Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışı oldu: “Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan yeddimərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.
2017-ci ildin may ayında isə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin tikintisinə başlanılıb. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində məcburi köçkünlərə 470 mənzil verilib. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatıb. 55 min ailə, 300 minə qədər məcburi köçkünün mənzillə təmin edilməsi böyük nəticədir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib”.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da qaçqınlara və məcburi köçkünlərə qayğısı həmişə hiss olunub: “Onların sosial şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirib, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir. Bundan başqa ötən aylardan şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanılın və artıq bir əksər şəhid vərəsəsinə bu məbləğ ödənilib. Eyni zamanda aztəminatlı ailələrin hər birinə bayramqabağı 100 manat birdəfəlik yardım verildi. Cənab prezidentin son sərəncamı ilə isə 11 min manat birdəfəlik yardım bütün şəhid ailələrinə şamil olunacaq. Bu da bütün şəhid ailələrinin dövlətimiz və xalqımız üçün xüsusi yerinin olduğunu göstərir”.

C.Ələkbərov bildirib ki, məcburi köçkünlərin mənzillə təmin olunması davamlı olacağı sevindirici haldır: “Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları artıq ilk sakinlərini qəbul edib ki, bu da uğurlu siyasətin davam etdiyini göstərir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, burada, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir.

Bundan başqa mütəmadi olaraq həyata keçirirlən tədbirlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrində mədəniyyət müəssisələri və istirahət mərkəzləri yaradılıb. Bunlara musiqi məktəbləri, klub-icma mərkəzləri və parklar aiddir. Məcburi köçkünlər daimi işlə təmin olunur, fermer təsərrüfatlarında çalışan məcburi köçkünlər üçün dövlət və bələdiyyə ehtiyat fondlarından torpaq sahələri ayrılıb, onlara güzəştli kreditlər verilib. Bütün bunlar Azərbaycan dövlərinin, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU