31 yan 20:45Sosial

“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - Siyəzəndə

“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - SiyəzəndəYanvarın 31-də Gənclər Mərkəzində 2 Fevral “Azərbaycan gəncləri günü” münasibəti ilə tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Gəncliyimizlə qürur duyuruq!” mövzusunda keçirilən konfransda fəal gənclər, tələbələr, müəllim və yuxarı sinif şagirdləri, eləcə də KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov iştirakçıları gənclər günü münasibəti ilə təbrik edərək əlamətdar gün barədə ətraflı məlumat verib və bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən qanunlar və müxtəlif dövlət proqramları Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.
“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - Siyəzəndə
Daha sonra şəhər 4 saylı tam orta məktəbin müəllimi Zərbalı Yusifov, Rayon Məşğulluq Mərkəzinin işçisi Natəvan Məmmədova və Xəzər Universitetinin I kurs tələbəsi Lalə Şirinova çıxış edərək dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri barədə məlumat veriblər. Çıxış edənlər həmçinin qeyd ediblər ki, bu gün gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Gənclərin respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - Siyəzəndə
Yekun sözlə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elvin Kərimov tədbir iştirakçılarına Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun təbrikini çatdırıb və qeyd edib ki, ölkəmizin gələcəyi naminə gənc kadrların yetişdirilməsinə, onların bacarıq və istedadlarının üzə çıxarılmasına xüsusi fikir verilir, əsaslı təhsil islahatı nəticəsində yeniyetmə və gənclərin elmə axını güclənir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçısının onlara olan etimadlarını doğruldurlar.
“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - Siyəzəndə
Tədbirin sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc idarə tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb, həmçinin tədbirdə iştirak edən gənclərin təklif və fikirləri dinlənilib.
“Gəncliyimizlə qürur duyuruq!” mövzusunda konfrans keçirilib - Siyəzəndə
loading...
XƏBƏR LENTİ
SORĞU