31 yan 10:28Sosial

Məktəb direktoru Sumqayıt Təhsil Şöbəsinin müdiri oldu –FOTO

Məktəb direktoru Sumqayıt Təhsil Şöbəsinin müdiri oldu –FOTOSumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.

Strateq.az Xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru Arzu Şirxan qızı Alızadə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri təyin edilib.

A. Alızadə 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. İyirimi ildən yuxarı pedaqoji təcrübəsi olan A. Alızadə 20 və 22 nömrəli orta məktəblərdə müəllim və Sumqayıt şəhər Təhsil Şöbəsində çalışıb. Bir sıra layihələrin iştirakçısı və qalibi olub.

Qeyd edək ki, yeni müdir bu gün Sumqayıt Təhsil şöbəsinin kollektivinə təqdim olunacaq.

Xatırladaq ki, 2016-cı ilin noyabrından 2018-ci ilin aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, işdən azad olunduqdan sonra bu posta təyinat olmayıb.

Son təyinata qədər isə Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq qurumun məsləhətçisi Ramin Abbasov icra edib.
XƏBƏR LENTİ
SORĞU