28 yan 11:53Sosial

Binəqədi bələdiyyəsi 2018-ci ilin hesabatını verdi

Binəqədi bələdiyyəsi 2018-ci ilin hesabatını verdi25 yanvar 2019-cu il tarixdə 135 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

Avrasiya.net xəbər verir ki, hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT-in Parlament Assambleyasının vitse prezidenti, Məclisin üzvü Azay Quliyev, Milli Məclisin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə, təşkilat rəhbərləri və mikrorayonların sakinləri iştirak etdilər.

Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev mikrorayonlar ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Salman Umudov 2018-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış etdilər.
Binəqədi bələdiyyəsi 2018-ci ilin hesabatını verdi
Yığıncağda Milli Məclisin üzvü Kamran Bayramov çıxış edərək hesabat məruzələrinə öz münasibətini bildirərək qeyd etdi ki, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrinin bir yerdə sakinlər qarşısında hesabat verməsi müsbət haldı və bu da bir daha göstərir ki, Binəqədi rayonunda yerlərdə əhalinin problemləri ilə bir başa məşğul olan cavabdeh qurumlar qarşılıqlı və məqsədyönlü şəkildə işləyirlər. Sonra qeyd etdi ki, cari ildə bələdiyyə seçkiləri keçiriləcək və bələdiyyə üzvüləri yenidən əhalinin ehtimadını qazanmaq üçün səylə çalışmalıdılar. K.Bayramov çıxışının sonunda Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydaları və bununla yanaşı “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişikliklərlə bağlı dolğun məlumat verdi.

Daha sonra Milli Məclisin üzvü Azay Quliyev 2018-ci ildə Respublikamızın ictimai, siyasi və sosial həyatında baş verən mühüm hadisələr barəsində geniş və ətraflı danışaraq bildirdi ki, Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasının əbədiyaşar liderimizin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsi nəticəsində mühüm uğurlar qazanan Azərbaycan 2018-ci ildə də öz sürətli tərəqqisini davam etdirmiş, ölkədə təhlükəsizlik tədbirləri təmin olunmuş, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşamış və hazırda da yaşamaqdadır. Bu uğurun başlıca səbəbi dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanda mövcud olan sarsılmaz xalq-iqtidar həmrəyliyidir.

Sonra hesabat məruzələr ətrafında çıxış edən mikrorayon sakinləri məruzələrə müsbət münasibət bildirdikdən sonra mikrorayonlarda həlli vacib məsələlərə toxundular.

Yekunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bildirdi ki, dövlətimizin başçısının yürütdüyü müdrik və qətiyyətli siyasət sayəsində nəhəng transmilli layihələr həyata keçirən Azərbaycan region ölkələrinin də rifahının yaxşılaşmasına mühüm töhfə verib. Təkcə bir il ərzində enerji, nəqliyyat, ticarət, iqtisadiyyat, kosmik sənaye və s. sahələrdə əldə olunan uğurlar, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən konkret hədəflər ölkəmizdə bütün qurumlarla yanaşı, sadə vətəndaşların da Azərbaycanın dinamik inkişaf prosesində yüksək fəallıq göstərməsini şərtləndirir.
Binəqədi bələdiyyəsi 2018-ci ilin hesabatını verdi
Sonda 2018-ci ilin yekunları üzrə Rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə bir qrup şəxs Binəqədi rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” və hədiyyələri ilə təltif edildilər.
XƏBƏR LENTİ
SORĞU