25 yan 10:18Sosial

Rəsulzadənin barelyefi qəzəb doğurdu: Bunu kim yazıb? – Foto

Rəsulzadənin barelyefi qəzəb doğurdu: Bunu kim yazıb? – FotoAzərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə etiraz doğurub.

Axar.az xəbər verir ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyasının “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.

Qeyd edək ki, M.Ə.Rəsulzadə Milli Şuranın sədri olub, “Azərbaycan Dövlət Cümhuriyyəti”nin deyil.

Bir kiçik barelyefdə bu qədər yanlışlıq böyük müzakirələrə səbəb olub və kəskin tənqid edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU