24 yan 15:06Sosial

Azay Quliyevin hazırladığı qanun layihələri MM-in 2019-cu il qanunvericilik işləri planına daxil edilib

Azay Quliyevin hazırladığı qanun layihələri MM-in 2019-cu il qanunvericilik işləri planına daxil edilib“Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələrinin hazırlanması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.

Modern.az-ın məlumatına görə, hər iki qanun layihəsinin müəllifi isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin payız sessiyasının son iclaslarının birində müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif etmişdi.

Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq vermişdi.
loading...
XƏBƏR LENTİ
SORĞU