24 yan 14:15Sosial

Rufiz Qonaqov Türkmənistan səfiri ilə görüşdü

Rufiz Qonaqov Türkmənistan səfiri ilə görüşdüBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Türkmənistan Respublikasının Azərbaycandakı sövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə Rufiz Qonaqov mərkəzin cənubi Qafqazda, Xəzəryanı və Türkdilli ölkələrdə gedən prosesləri yaxından izlədiyini və tədqiq etdiyini deyib.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev bildirib ki, Xəzər dənizi Azərbaycanla Türkmənistanın dostluğuna, onların tarixinin, adət-ənənələrinin oxşarlığına, türkdilli və oğuz qrupuna daxil olmalarına təsir göstərib. Bu gün Azərbaycanla Türkmənistan sıx dostluq və qardaşlıq çərçivəsində fəaliyyət göstərir.

Rufiz Qonaqov isə öz növbəsində bildirib ki, Azərbaycanla Türkmənistan Respublikasının əlaqələri günü-gündən inkişaf edir və ötən ilin avqustunda Xəzərin statusu ilə bağlı Konvensiya imzalanıb. Bu Konvensiya Xəzəryanı ölkələri bir daha əməkdaşlıq çərçivəsində birləşdirib.

Sonda səfir qeyd edib ki, bu ilin yayında Türkmənistanda Xəzər günü və forumunun keçirilməsi planlaşdırılır və bu da Xəzəryanı ölkə kimi Türkmənistanın Konvensiyaya verdiyi diqqət və önəmi göstərir.

Görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU