23 yan 22:50Sosial

Bələdiyyə sədri istefa ərizəsini kimə yazmalıdır: icra başçısına və ya...

Bələdiyyə sədri istefa ərizəsini kimə yazmalıdır: icra başçısına və ya...Gədəbəy rayon sakini Məmmədov Əli Aydın oğlu Belediyye.infonun e-mail poçtuna sorğu göndərib. Sorğuda qeyd edilir ki, bələdiyyə sədri istefa ərizəsini kimə yazmalıdır, rayonun icra başçısına və ya bələdiyyə iclasına? Sorğu müəllifinin sözlərinə görə, hazırda az da olsa elə icra başçıları var ki, bələdiyyə sədrindən məzuniyyət vaxtı və hətta işləmək istəmədiyi sədrdən öz adına ərizə yazdırır. Bu nə dərəcədə qanunauyğundur?

Sözün həqiqi mənasında sual diqqətimizi çəkdiyindən bir qədər ətraflı cavab vermək istədik. İcra hakimiyyətinin başçısı rayonun siyasi rəhbəridir və dövlət başçısının yerlərdəki nümayəndəsidir. Sözsüz ki, hər hansı bir qurumun, o cümlədən bələdiyyələrin fəaliyyətiylə maraqlana, fikir bildirə və tövsiyyə verə bilər. Burada isə söhbət hər hansı müdaxilədən getmir. Bununla yanaşı icra aparatında və bu quruma tabe olan idarə və müəssisələrdə kadr dəyişkiliyi apara bilər. Əlavə edək ki, rayonda baş verən yaxşı və hər hansı pis hadisələr barədə məlumatı da məhz dövlət başçısının nümayəndəsindən soruşulur. Və bu da tam qanunuyğun şəkildə.

Sakinin müraciətinə cavab olaraq bildirmək istərdim ki, bələdiyyə sədri seçkili orqanın üzvüdür və onun hər hansı formada icra hakimiyyətinə rəsmi tabeçiliyi yoxdur. Sədrin istefa məsələsini bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə bələdiyyə üzvləri tərəfindən və ya sədr özü səbəb gətirməklə ərizə yazıb yalnız bələdiyyə iclası qarşısında məsələ qaldıra bilər. Əgər hər hansı icra başçısı bələdiyyə sədrindən onun adına istefa ərizəsinin yazmasını tələb edirsə bu qanuna ziddir və heç bir məntiqə sığmır.

Sözsüz ki, bu gün inkişaf etmiş bir dövlət olaraq bələdiyyə sisteminin inkişafı üçün ölkəmizdə bütün qanunvericilik bazası hazırlanıb və ilbəil təkmilləşdirilir.

Odur ki, icra başçısının bələdiyyə sədrindən istefa ərizəsini yazmaq tələbi qoyması heç bir yazılmış və yazımamış qanunlarda rast gəlinmir. Habelə sədr könüllü şəkildə istefa vermək istədikdə belə ərizəsini məhz ilk növbədə bələdiyyə iclasına təqdim etməli və iclasda da təşkilat məsələsi müzakirə edilərək qərar qəbul edilməlidir.

Nəzərə alsaq ki, 2018-ci ildə yeni təyin edilən icra başçılarının bir qismi məhz idarəçilk akademiyasının dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə bitiriblər. Onda bu tip hadisələrin əvvəlki illərdə baş verdiyini güman etmək olar.

Sualı cavablandırdı:

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU