17 yan 13:56Sosial

Küləklə "donuz qripi" gələ bilərmi? – Baş epidemoloq

Küləklə "donuz qripi" gələ bilərmi? – Baş epidemoloqÖlkəyə və ya başqa respublikalara külək vasitəsilə hər hansısa virusu göndərmək mümkün deyil. Elmi cəhətdən də bunu etmək mümkün deyil.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayev məlumat yayıb. İ.Ağayev bildirib ki, Azərbaycanda hazırda adi qrip müşahidə edilir ki, bu da qətiyyən "donuz qripi" virusu deyil.

Qeyd edək ki, “donuz qripi” hazırda Gürcüstan və Ermənistanda müşahidə olunur. Bu gün başlayan güclü küləklə guya ölkəmizə “donuz qripi” virusu gələ biləcəyi ilə bağlı şayiə yayanlar da tapılıb.
XƏBƏR LENTİ
SORĞU