28 dek 15:26Sosial

Qubada Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual turnir keçirilib

Qubada Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual turnir keçirilibQuba şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi icraçılığı və Quba rayon Təhsil Şöbəsi və Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə “Cümhuriyyət kuboku” intellekt festivalı adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib.

Rəsmi hissədə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək vermək məqsədi daşıyır.
Qubada Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual turnir keçirilib
Layihə çərçivəsində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan gənclərin əhatə olunacağını qeyd edən natiq çıxışında bildirib ki, cənab Prezidentin müvafiq sərəncamı ilə 2011-ci ildə yaradılan fondun sayəsində bütünlükdə ölkənin hər bir yerində gəncləri əhatə edən yüzlərlə layihə icra edilib və edilməkdə davam edir. Layihə rəhbəri fondun fərdi gənclərə də qrant ayırdığını, eyni zamanda bu ildən startap layihələrə, tələbələrin təhsil haqlarının ödənilməsinə də dəstək olduğunu bildirərək gəncləri bu imkanlardan istifadə etməyə çağırıb.

Rəsmi hissədən sonra 12 komandanın iştirak etdiyi intellektual oyuna start verilib.
Qubada Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual turnir keçirilib
Yekun nəticəyə əsasən “İstedadlar” komandası birinci, “TTL” komandası ikinci, “Cümhuriyyət” komandası isə üçüncü mükafata sahib olaraq final mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış, medallar, diplomlar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar, bütün iştirakçılara iştirakçı şəhadətnamələri təqdim edilib.
Qubada Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual turnir keçirilib




XƏBƏR LENTİ
SORĞU