21 dek 18:28Sosial

Fəxri konsul İdarə Heyətinə üzv seçilib

Fəxri konsul İdarə Heyətinə üzv seçilibEfiopiyanın Fəxri konsulu Ceyhun Ələkbərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinə seçilib

Xəbər verildiyi kimi, dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirilib.

Quruma yeni sədr, sədr müavini və 23 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib.

Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı Fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb.

ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib.

Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

İcmanın rəsmi saytının məlumatına görə, icma 65 min nəfərdən çox üzvü birləşdirir.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU