20 dek 14:17Sosial

Azyaşlı qızına qarşı seksual hərəkətlər edən atanın məhkəməsi

Azyaşlı qızına qarşı seksual hərəkətlər edən atanın məhkəməsiBundan isə heç kimin xəbəri olmayıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edən Hacıyev Nuşirəvan Hüseyn qızının məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən N.Hacıyevin məhkəmə prosesinin hazırlıq iclası hakim Azər Paşayevin sədrliyi ilə keşirilib. Hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib və növbəti məhkəmə iclası dekabr ayının 25-nə təyin edilib. Cinayət işində Z.Hacıyeva zərərçəkmiş qismində tanınıb.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Nuşirəvan Hacıyev uzun müddət azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. Bundan isə heç kimin xəbəri olmayıb. Ancaq bir müddət sonra Z.Hacıyevanın anası ərinin iyrənc hərəkətlərindən xəbər tutub və dərhal polisə məlumat verib.
loading...
XƏBƏR LENTİ
SORĞU