19 dek 20:01Sosial

Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev seçicilərini qəbul edibBu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Avrasiya.net xəbər verir ki, deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, məşğulluq, sosial, təhsil məsələləri və digər mövzuları əhatə edib.

Qəbula gələn seçicilərin bir qisminin problemlərinin həlli ilə bağlı yerindəcə müvafiq qurumlarla əlaqə yaradılaraq lazımi addımlar atılıb. Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq işlər görür.
Azay Quliyev seçicilərini qəbul edib
Deputat deyib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.
Məlumat üçün bildiririk ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki
Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.
Azay Quliyev seçicilərini qəbul edib
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU