12 dek 15:09Sosial

Atatürk parkında təmir-yenidənqurma işləri aparılır

Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
Xəbər verildiyi kimi artıq iki gündür ki, paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda təmir-yenidənqurma işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Parkin vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazıliq və iradlar daxıl olurdu.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qəqara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub.

Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulmuşdur.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU