05 dek 17:32Sosial

Azərbaycanlı general Türkiyəyə getdi

Azərbaycanlı general Türkiyəyə getdiRamiz Tahirov Ankarada səfərdədir.

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib.

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.

Səfər davam edir.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.