04 dek 18:16Sosial

Meyvə və tərəvəzi birlikdə heç vaxt istifadə etməyin

Meyvə və tərəvəzi birlikdə heç vaxt istifadə etməyinMeyvələr bizim sağlamlığımız üçün əhəmiyyətli qidalardandır. Onların tərkibində olan vitamin və minerallar demək olar heç nə ilə əvəz edilə bilməz. Amma bəzən meyvələri qarışdıraraq yemək sizin üçün böyük problemlər yarada bilər.

AzNews.az birlikdə qəbul etməməli olduğunuz meyvələri təqdim edir.

Kök və portağal

Kök və portağal şirəsi birləşməsi kifayət qədər məşhur deyil, lakin qeyd etmək lazımdır ki, bu, qıcqırmaya, köpməyə gətirib çıxara bilər, eləcə də qida borusu yaralarına, səpkilərinə səbəb ola bilər. Bəzi hallarda böyrək zədələnməsi yarada bilər.

Süd və ananas

Ananası süd ilə heç vaxt qarışdırmaq olmaz. Bu kombinasiya qarın boşluğunda infeksiya və digər problemlər, ürəkbulanması, baş ağrısı yarada bilər. Belə hal uşaqlar üçün daha təhlükəlidir.

Limon və ərik

Bu birləşmənin istehlakı anemiya, hemoqlobinin səviyyəsinin aşağı düşməsi problemlərinə gətirib çıxara bilər

Banan və portağal

İstifadəsi qaz yarada bilər və bu, öyüməyə, baş ağrılarına səbəb olacaq.

Süd və portağal

Əgər siz yulafa portağal şirəsi qatıb istifadə edirsinizsə, dərhal bunu yığışdırın! Bu əsla uyğun olmayan ərzaqlardır. Bundan əlavə, süd və portağalın kombinasiyası mədənizə ciddi zərər vura bilər, bu ərzaqları birlikdə həzm etmək çətindir.

Meyvə və tərəvəzi birlikdə heç vaxt istifadə etməyin. Meyvə şəkərlə zəngindir və onlar çətin həzm olunur. Bu da mədədə onların vəhdətinə ciddi problemlər yarada bilər. Onlar mədə və baş ağrıları, infeksiya və sancılar doğurur, mədə-bağırsaqda narahatlıqlara səbəb olur.
XƏBƏR LENTİ
SORĞU