27 noy 13:01Sosial

Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşüb

Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşübAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onunların rəy və təkliflərini dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və daha səmərəli qərarlar qəbul olunmasında mühüm rol oynayır.

Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşübBu tədbirlərin davamı kimi, növbəti görüş fakültələrdə akademik məsləhətçi xidmətinin, tələbə təşkilatlarının və kurs nümayəndələri ilə keçirilir. Görüşün məqsədi universitet həyatında tələbə təşkilatlarının rolunun artırılması, tələbələrin akdemik hüquqlarının qorunması, asudə vaxtın səmərəli təşkili, universitetin maddi-texniki bazasından, idman qurğularından istifadə səviyyəsinin artırılması, elmi tədqiqat, elmi-təşkilati işlərində və beynəlxalq mübadilə proqramlarında fəal iştirak, könüllülük fəaliyyəti, startap layihələrinə dəstək, bütövlükdə universitet üzrə tələbə təşkilatlarının fəaliyyətinin koordinasiyası kimi məsələlər müzakirə olunur.
Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşüb
Universitetin rektoru bildirib ki, universitetin idarə olunması prosesində qəbul olunan qərarların səmərəliliyi tələbələrin təklifləri nəzərə alınmasından əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, bu kimi görüşlərin sayının artırılması obyektiv zərurətdir.

Qeyd etmək lazımdır ki, tələbələrin təkliflərini daha yaxından dinləmək, qaldırılan məsələləri operativ həll etmək məqsədilə universitetin inzibati binasında rektorun tələbələr üçün qəbul günləri də təşkil olunub.

Açıq müzakirə formasında təşkil olunan görüşlərdə tələbələrin təklifləri dinlənilir, müvafiq bölmələrin rəhbərlərinə, fakültə dekanlarına tapşırıqlar verilir.
Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşüb
Rektor fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşüb

Avrasiya.net
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU