27 noy 10:41Sosial

“Azərbaycan dilinin Cəbrayıl şivəsi”

“Azərbaycan dilinin Cəbrayıl şivəsi”Bu gün rəhmətlik Tofiq Hacıyevin vəfatından 3 il keçir. Görkəmli dilçi alim akademik Nizami Cəfərovun dediyi kimi, “Akademik Tofiq Hacıyevin vəfatından keçən bir neçə il böyük şəxsiyyətin fiziki yoxluğunu nə qədər dərindən hiss etdirdisə, mənəvi varlığının əbədiliyini o qədər miqyası ilə təsdiq eləmiş oldu.”

Bu ərəfədə Elmlər Akademiyasınin nəşr etdirdiyi akademik Tofiq Hacıyevin seçilmiş əsərlərinin növbəti 3-cü cildi işıq üzü gördü. Kitab alimin gənc yaşlarında yazdığı və ilk iri həcmli araşdırması olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən ibarətdir. Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədlidir.
Yalnız mütəxəssislər üçün düyil, eyni zamanda geniş oxucu kütləsinə təqdim edilmək üçün kitab özəl tərtibatda “Cəbrayıl şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr edilmişdir. Kitaba ön sözü akademik Nizami Cəfərov yazmışdır.
Yaxın günlərdə kitabın təqdimatı nəzərdə tutulur.
XƏBƏR LENTİ
SORĞU