19 noy 17:22Sosial

Radikalların arzusu Şəhidlərdə “suya düşdü”

Radikalların arzusu Şəhidlərdə “suya düşdü”Milli Şura adlanan qurum və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı keçirmək istədiyi aksiya uğursuz alındı və baş tutmadı.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, cəmiyyətin bu tipli aksiyaların keçirilməsi ilə bağlı sosial sifarişi yoxdur:

“Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir və milli maraqlarla izah edilə bilməyən, inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir. Aksiya Milli Dirçəliş Günü deyil, radikal müxalifətin özünü xatırlatma və gündəmdə qalma məqsədlərinə xidmət etdiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmədi. Marjinal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı radikalların siyasi spekulyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipuliyasiya etmək mümkün deyil”.
XƏBƏR LENTİ
SORĞU